Bakı. 25 may. REPORT.AZ/ "Dəmirbank" ASC “Yay təcrübə proqramı” üçün sənəd qəbulunu mayın 31-nə qədər davam etdirəcək. "Report"un məlumatına görə, “Yay təcrübə proqramı”na iqtisadiyyat və idarəetmə sahələrində təhsil alan, peşəkar ünsiyyət qurmaq bacarığı və yüksək analitik düşünmə qabiliyyətinə,“MS Office” proqramları üzrə ümümi biliklərinə sahib olan və xarici dil bilikləri yaxşı səviyyədə olan tələbələr qoşula bilər.
Məlumata görə, namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1, 2 və 3 ay müddətinə nəzərdə tutulub.
Ölkənin ilk kommersiya banklarından biri olan “Dəmirbank” ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.