“Bank Standard"ın əmanətçilərinin məhkəməyə verdiyi dövlət qurumları bu barədə məlumatsızdır

“Bank Standard"ın əmanətçilərinin məhkəməyə verdiyi dövlət qurumları bu barədə məlumatsızdır Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv prosesində olan “Bank Standart” QSC-nin əmanətçilərinin onları məhkəməyə verməsi barədə məlumatlı deyil.
Maliyyə
29 Mart , 2018 12:36
“Bank Standardın əmanətçilərinin məhkəməyə verdiyi dövlət qurumları bu barədə məlumatsızdır

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv prosesində olan “Bank Standart” QSC-nin əmanətçilərinin onları məhkəməyə verməsi barədə məlumatlı deyil. 

Hər iki qurumdan “Report”a bildirilib ki, onlara məhkəmədən hər hansı bildiriş daxil olmayıb.

Xatırladaq ki, Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov 82 əmanətçinin AMB-ni, onun sədri Elman Rüstəmovu, MBNP-ni, onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də bankın auditini həyata keçirmiş “KPMG” audit şirkətini məhkəməyə verdiyini açıqlayıb. Əmanətçilər "Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumlarına və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb.

Son xəbərlər

Orphus sistemi