Azərbaycanda nağdsız hesablaşmaların xüsusi çəkisi 20%-i keçib

Azərbaycanda nağdsız hesablaşmaların xüsusi çəkisi 20%-i keçib 2019-cu ildə də Azərbaycanda emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış “Banklararası Kart Mərkəzi”nin (BKM) fəaliyyətinin davamlılığı təmin edilib.
Maliyyə
1 İyun , 2020 16:27
Azərbaycanda nağdsız hesablaşmaların xüsusi çəkisi 20%-i keçib

2019-cu ildə də Azərbaycanda emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış “Banklararası Kart Mərkəzi”nin (BKM) fəaliyyətinin davamlılığı təmin edilib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il BKM üzərindən 39,7 milyon kart əməliyyatı aparılıb, əməliyyatların dəyəri 1 336 milyon manat, 10,3 milyon ABŞ dolları, 3 milyon avro təşkil edib. 2018-ci il ilə müqayisədə sistemdə emal olunan əməliyyatların dəyəri manat üzrə 35%, dollar üzrə 85%, avro üzrə isə 51% artıb.

2019-cu il ərzində dövriyyədə olan ödəniş kartlarının sayı 7,5 milyon ədəd, bankomatların sayı 2 712 ədəd, POS-terminalların sayı isə 67 681 ədəd təşkil edib. 2019-cu ildə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların dəyəri 32% artaraq 22,3 milyard manat təşkil edib. Ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların dəyəri 58% artaraq 4,8 milyard manata çatıb, xüsusi çəkisi isə 21%-ə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi