Gürcüstanda ilk onlayn şahmat çempionatı keçiriləcək

Gürcüstanda ilk onlayn şahmat çempionatı keçiriləcək Gürcüstanın Şahmat Federasiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsorluğu ilə aprelin 23-də ölkədə ilk onlayn şahmat çempionatı təşkil edəcək.
Komanda
21 Aprel , 2020 16:59
Gürcüstanda ilk onlayn şahmat çempionatı keçiriləcək
0 : 00
0 : 00

Gürcüstanın Şahmat Federasiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsorluğu ilə aprelin 23-də ölkədə ilk onlayn şahmat çempionatı təşkil edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilib.

Yarışın keçirilməsində məqsəd şahmatın Gürcüstanda populyarlaşdırılması və dünyada koronavirus pandemiyasına görə dayandırılmış turnirlərin onlayn məkana keçirilməsidir.

Çempionatda iştirak etmək istəyənlər qeydiyyatdan keçməli və Şahmat Federasiyasının onlayn klubuna daxil olmalıdırlar.

Şahmat yarışı FIDE qaydaları üzrə İsveçrə sisteminə əsasən 17 turda keçiriləcək. Qaliblər topladıqları ballara görə müəyyən olunacaq. Turnirin uduş fondu 30 min lari təşkil edir.

Son xəbərlər

Orphus sistemi