Ev dustaqlığında olan Azərbaycan basketbolçusu toplanışa dəvət aldı

Ev dustaqlığında olan Azərbaycan basketbolçusu toplanışa dəvət aldı Azərbaycan Basketbol Federasiyası hazırda ev dustaqlığında olan Amil Həmzəyevi Göygöl rayonundakı təlim-məşq toplanışına çağırıb.
Komanda
10 İyun , 2020 14:44
Ev dustaqlığında olan Azərbaycan basketbolçusu toplanışa dəvət aldı

Azərbaycan Basketbol Federasiyası hazırda ev dustaqlığında olan Amil Həmzəyevi Göygöl rayonundakı təlim-məşq toplanışına çağırıb. 

Bu barədə "Report"a 30 yaşlı oyunçunun vəkili Zaur Niftəliyev məlumat verib. O bildirib ki, Həmzəyevin hazırlıq prosesində iştirakı üçün müvafiq istintaq orqanına müraciət olunacağını söyləyib. 

Qeyd edək ki, danışılmış oyunlarda ittiham olunan Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev istintaq təcridxanasından ev dustaqlığına buraxılıb.

Son xəbərlər

Orphus sistemi