Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq Prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılır
İnfrastruktur
3 İyul , 2020 13:32
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq
0 : 00
0 : 00

Bakının Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılır.

Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq iyulun 4 və 5-də “3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə “20 Yanvar dairəsi" istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi