Sabah “Xətai” metrosunun bir hissəsi bağlanacaq, digər hissəsi isə istifadəyə veriləcək

Sabah “Xətai” metrosunun bir hissəsi bağlanacaq, digər hissəsi isə istifadəyə veriləcək Dekabrın 23-dən "Xətai" metro stansiyasının uzun müddət bağlı olan tuneli istifadəyə veriləcək
İnfrastruktur
22 Dekabr , 2016 15:00
Sabah “Xətai” metrosunun bir hissəsi bağlanacaq, digər hissəsi isə istifadəyə veriləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 23-dən etibarən “Xətai” metro stansiyasının uzun müddət bağlı olan tuneli sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə “Report”a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayevin sözlərinə görə, sabahdan etibarən adıçəkilən stansiyanın digər tuneli təmirə bağlanacaq: “Uzun müddətdir “Xətai” metrosunun bir hissəsi təmirə dayanmışdı. İndi orada əsaslı təmir işləri aparılıb və sabahdan etibarən sərnişinlər həmin tuneldən istifadə edəcəklər. Stansiyanın digər hissəsi isə təmirə bağlanacaq”.

Son xəbərlər

Orphus sistemi