Mamuka Baxtadze: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsrin 100 ən böyük layihəsindən biridir”

Mamuka Baxtadze: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsrin 100 ən böyük layihəsindən biridir” Tbilisi. 16 mart. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Gürcüstana İpək yolu layihəsi çərçivəsində mənfəət əldə etməkdə geniş imkanlar açacaq.
İnfrastruktur
16 Mart , 2018 18:18
Mamuka Baxtadze: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsrin 100 ən böyük layihəsindən biridir”

Tbilisi. 16 mart. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Gürcüstana İpək yolu layihəsi çərçivəsində mənfəət əldə etməkdə geniş imkanlar açacaq".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu qonşu ölkənin maliyyə naziri Mamuka Baxtadze bu gün keçirilmiş “Rəqəmsal Böyük İpək yolu” layihəsinin təqdimat mərasimində deyib. 

Onun sözlərinə görə, BTQ üzrə yüklər test rejimində daşınır, 6 aydan sonra yük daşınması tam həcmdə həyata keçiriləcək. BTQ tam gücü ilə işə düşdükdən sonra isə sərnişin daşınmasına başlanılacaq.

M.Baxtadze Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində reallaşan BTQ-nin beynəlxalq əhəmiyyətindən danışıb, bu layihənin Asiya ilə Avropanı birləşdirəcəyini, onun xalqların rifah halının daha da yaxşılaşacağına xidmət etdiyini bildirib. O, BTQ-nin əsrin 100 ən böyük layihəsindən biri adlandırıb. 

Son xəbərlər

Orphus sistemi