Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur Prezident İlham Əliyevin ötən ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamın icrası istiqamətində işlər davam etdirilir.
İnfrastruktur
7 May , 2019 14:50
Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

Prezident İlham Əliyevin ötən ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamın icrası istiqamətində işlər davam etdirilir. 

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, qurumun İnfrastruktur Departamentinin tabeliyindəki "Əsaslı Təmir" MMC Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir. Artıq Nərimanov stansiyasından Sabunçu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabunçu stansiyasinda 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulub və 8 ədəd rigel quraşdırılıb, kontakt şəbəkəsi çəkilib və nizamlanıb. 

Son xəbərlər

Orphus sistemi