Tbilisi. 19 fevral. REPORT.AZ/ Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 8 mln.760,4 min dollar dəyərində 455,9 ton siqaret idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkədən Azərbaycana ixrac olunan siqaretin dəyəri 6 mln. 508,6 min dollar, həcmi isə 379,1 ton və ya 5,9 dəfə artıb.
Ötən ilin yanvarında Azərbaycan Gürcüstandan 2 mln. 251,8 min dollar dəyərində 76,8 ton siqaret idxal edib.