Avropa və Asiya arasında inteqrasiya Azərbaycan vasitəsilə reallaşa bilər - VİDEO

Avropa və Asiya arasında inteqrasiya Azərbaycan vasitəsilə reallaşa bilər - VİDEO Dünyada, o cümlədən Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının insanları yeni çağırışlarla üz-üzə qoydu. Həmin çağırışlardan biri də yüklərin təhlükəsiz daşınmasını təmin etmək idi. Buna görə də, pandemiya dövründə dəmir yolu ilə yükdaşımalara üstünlük verildi.
İnfrastruktur
17 İyun , 2020 10:16
Avropa və Asiya arasında inteqrasiya Azərbaycan vasitəsilə reallaşa bilər - VİDEO

"Dünyada, o cümlədən Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının insanları yeni çağırışlarla üz-üzə qoydu. Həmin çağırışlardan biri də yüklərin təhlükəsiz daşınmasını təmin etmək idi. Buna görə də, pandemiya dövründə dəmir yolu ilə yükdaşımalara üstünlük verildi". 

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib. 

O, bu barədə pandemiya fonunda Azərbaycanın dəmir yolları ilə yük daşınmasının perspektivini şərh edərkən danışıb. 

"Dəmir yolu yükdaşımalar hesabına inkişaf edəcək"

E.Məmmədovun sözlərinə görə, son illər Azərbaycan nəqliyyat, o cümlədən dəmiryol infrastrukturunu inkişaf etdirir, bu isə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına xidmət edir: "Nəqliyyat infrastrukturuna yatırılmış investisiyalar iqtisadiyyatımızın dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin edir. Söhbət təkcə başqa ölkələrə məxsus yüklərin daşınmasından deyil, həm də yerli məhsulların xarici bazarlara çıxarılmasından gedir". 

Elşad Məmmədov
Elşad Məmmədov

Ümumiyyətlə isə, dəmir yolunun inkişafı məhz yükdaşımalar hesabına olacaq: "Yüklərin təhlükəsiz və sürətli daşınması ölkəmizə rəqabət üstünlüyü verə bilər. Asiya ölkələrində yeni texnoloji yanaşma formalaşmaqdadır. İnkişaf etmiş Avropa və İnkişaf etməkdə olan, xarici bazara məhsul çıxarmaq istəyən Asiya ölkələrinin bir-birilə inteqrasiyası Azərbaycan vasitəsilə reallaşa bilər. Ona görə dəmir yolu nəqliyyatının inkişafı, logistik əməliyyatlarının intensivləşdirilməsi ölkəmiz üçün olduqca zəruridir". 

Xatırladaq ki, 2020-ci ilin yanvar-may aylarında ölkənin dəmir yolları ilə 8 milyon ton yük daşınıb. 

Son xəbərlər

Orphus sistemi