Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında iştirak edir - VİDEO

Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında iştirak edir - VİDEO Moskvada XII beynəlxalq hərbi-musiqi festivalına start verilib. Azərbaycanın ilk dəfə iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri, habelə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edirlər.
İncəsənət
24 Avqust , 2019 11:19
Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında iştirak edir - VİDEO

Moskvada XII beynəlxalq hərbi-musiqi festivalına start verilib. Azərbaycanın ilk dəfə iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri, habelə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edirlər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Dünyanın ən böyük hərbi musiqi festivalından sayılan “Spasskaya başnya”nın şərtlərinə uyğun olaraq hər komandaya çıxış üçün altı dəqiqə vaxt veriləcək. Bu müddət ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edəcəklər.

On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi