Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub İyulun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında müvafiq kursların dinləyicilərinin buraxılış mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi b
Hərbi
23 İyul , 2020 17:34
Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

İyulun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında müvafiq kursların dinləyicilərinin buraxılış mərasimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Mərasimdə məruzə ilə çıxış edən Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə olunan nailiyyətlərdən danışıb, Müdafiə naziri adından məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi