Naxçıvan Qarnizonunda komandir hazırlığı üzrə məşğələlər keçirilib

Naxçıvan Qarnizonunda komandir hazırlığı üzrə məşğələlər keçirilib Bakı. 10 sentyabr. REPORT.AZ/ Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti komandir hazırlığı üzrə məşğələlər keçirilib.
Hərbi
10 Sentyabr , 2018 19:31
Naxçıvan Qarnizonunda komandir hazırlığı üzrə məşğələlər keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti komandir hazırlığı üzrə məşğələlər keçirilib. 

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda zabitlərin atəş və sürücülük bacarıqları yoxlanılıb. Toplantının sonunda zabitlərdən fiziki və taktiki hazırlıq, topoqrafiya və rəhbər sənədləri bilmələri üzrə məqbullar götürülərək bilik, bacarıq və peşəkarlıqları qiymətləndirilib.

Bundan başqa, Əlahiddə Ümumqoşun Orduda müxtəlif ixtisaslar üzrə taqım komandirləri ilə növbəti təlim-metodiki toplantı da keçirilib. Taqım tərkibində məşğələlərin vahid metod üzrə keçirilməsinə nail olmaq məqsədi ilə hər bir ixtisasdan nümayiş, metodiki və taktiki-sıra məşğələləri keçirilib. Sonda taqım komandirlərindən məqbullar götürülərək toplantıya yekun vurulub.

Son xəbərlər

Orphus sistemi