Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev Polşadakı beynəlxalq sərgiyə qatılıb - FOTO

Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev Polşadakı beynəlxalq sərgiyə qatılıb - FOTO Polşanın Kelts şəhərində 24-cü Beynəlxalq Müdafiə Sənayesi sərgisi – “MSPO - 2016” keçirilir
Hərbi
8 Sentyabr , 2016 03:58
Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev Polşadakı beynəlxalq sərgiyə qatılıb - FOTO

Varşava. 8 sentyabr. REPORT.AZ/ Polşanın Kelts şəhərində 24-cü Beynəlxalq Müdafiə Sənayesi sərgisi – “MSPO - 2016” keçirilir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, beynəlxalq sərgi Polşa prezidenti Anjey Dudanın himayəsi altında təşkil olunub.

Sərgidə ABŞ, Avstriya, Belçika, Çin, Fransa, İspaniya, İsrail, Türkiyə, Yaponiya, Kanada, İtaliya və digərləri də daxil olmaqla, 30 ölkədən 609 şirkət iştirak edir. Hər il olduğu kimi bu il də dünyanın aparıcı şirkətləri 27 min kvadrat metr ərazidə istehsal etdikləri hərbi texnika və məmulatları nümayiş etdirirlər.

Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti də sərgidə iştirak edir. Sərgi çərçivəsində bir sıra seminar və konfransların da keçirilməsi nəzərdə tutulur.

“MSPO-2016” sərgisi sentyabrın 9-dək davam edəcək. Xatırladaq ki, sözügedən sərgi miqyasına görə yalnız London və Parisdə keçirilən analoji sərgilərdən geri qalır.

Son xəbərlər

Orphus sistemi