Xəzər İbrahim: "Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməlidir"

Xəzər İbrahim: "Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməlidir" “Koronavirus pandemiyasının dünyada yayılması göstərdi ki, biz bütün sahələrdə, həmçinin iqtisadi sahədə  potensialımızı daha da genişləndirməliyik. Azərbaycan-Türkiyə qardaşlığı bizə güc verir. Biz bu gücümüzü birləşdirməliyik”.
Hərbi
16 İyul , 2020 16:46
Xəzər İbrahim: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməlidir
Xəzər İbrahim

“Koronavirus pandemiyasının dünyada yayılması göstərdi ki, biz bütün sahələrdə, həmçinin iqtisadi sahədə  potensialımızı daha da genişləndirməliyik. Azərbaycan-Türkiyə qardaşlığı bizə güc verir. Biz bu gücümüzü birləşdirməliyik”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyədəki müəssisələri dərhal pandemiya ilə mübarizədə lazım olan məhsulların istehsalına başladılar: “Bu, Türkiyənin idxalını azaltdı və ölkə üçün lazım olan məhsullarla təmin etdi. Biz bu sahələrə diqqət yetirməliyik. Türkiyə koronavirus pandemiyası ilə mübarizədə 130-dan çox dövlətə, Azərbaycan isə 30-dan çox dövlətə dəstək verdi. Bu isə iqtisadi cəhətdən gücümüzü göstərir”.

"Son günlər Ermənistanın Azərbaycanla sərhəddə təxribatı göstərdi ki, iki ölkə arasında ənənəvi iqtisadi sahələrlə yanaşı, müasir sahələrdə də əməkdaşlığımızı artırmalıyıq. Mən müdafiə sənayesi sahəsində olan əməkdaşlığımızı nəzərdə tuturam. İki ölkənin müdafiə sənayesi sahəsində çox sıx əməkdaşlığı var və biz bu əməkdaşlığı daha da genişləndirməliyik”, - X.İbrahim bildirib.

Son xəbərlər

Orphus sistemi