Tovuzda yol qəzası baş verib, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Tovuzda yol qəzası baş verib, üç nəfər xəsarət alıb - YENİLƏNİB Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Hadisə
23 Avqust , 2019 17:29
Tovuzda yol qəzası baş verib, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar rayonun İbrahimhacılı kənd sakinləri, 2010-cu il təvəllüdlü Ömər Samir oğlu Abbasov, 1999-cu il təvəllüdlü Elmir Emin oğlu Tanrıverdiyev və 1999-cu il təvəllüdlü Cırdaxan kənd sakini Asif Vasif oğlu Dəmirovdur. 


*** 16:35

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Cırdaxan kənd yolunda qeydə alınıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır .

Son xəbərlər

Orphus sistemi