Tovuzda 40 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb

Tovuzda 40 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
17 Noyabr , 2017 09:49
Tovuzda 40 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb

Tovuz. 17 noyabr.REPORT.AZ/ Tovuz rayonunda küçədə qadını bıçaqlayan şəxs saxlanılıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, saxlanılan şəxs Qovlar şəhər sakini, 2000-ci il təvəllüdlü Rəşad Elşad oğlu Hüseynovdur.

Xatırladaq ki, bıçaqlanan 1977-ci il təvəllüdlü Səbinə Sabir qızı Kazımova ötən axşam Qovlar şəhərində aptekdən çıxıb evinə qayıdan zaman küçədə mübahisə edən bir qrup şəxsə iradını bildirib və bu zaman tərəflər arasında yaranan mübahisə zəminində qadın bıçaqlanıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi