Sumqayıtda mağazadan 1000 manat pul oğurlayan keçmiş məhkumlar saxlanılıblar

Sumqayıtda mağazadan 1000 manat pul oğurlayan keçmiş məhkumlar saxlanılıblar Sumqayıt şəhərində mağazaların birindən pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən keçmiş məhkumlar saxlanılıblar.
Hadisə
3 Sentyabr , 2019 14:21
Sumqayıtda mağazadan 1000 manat pul oğurlayan keçmiş məhkumlar saxlanılıblar

Sumqayıt şəhərində mağazaların birindən pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən keçmiş məhkumlar saxlanılıblar.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbəsi ərazisindəki mağazaların birindən 1000 manat və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - T.Əhmədov V.Əhmədov tutulublar.

Son xəbərlər

Orphus sistemi