Sumqayıtda 77 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda 77 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt. 1 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 İyul , 2018 01:15
Sumqayıtda 77 yaşlı kişini maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt. 1 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1941-ci il təvəllüdlü yerli sakin Tağıyev İsman Məmməd oğlu şəhərin 10-cu mikrorayonu ərazisində yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Meyit müayinə üçün Sumqayıt şəhər morquna aparılıb.

Sürücü məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


***00:26

Sumqayıt. 1 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində yaşlı kişini maşın vuraraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib. 

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi