Sumqayıt. 1 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, 1941-ci il təvəllüdlü yerli sakin Tağıyev İsman Məmməd oğlu şəhərin 10-cu mikrorayonu ərazisində yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.
Yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Meyit müayinə üçün Sumqayıt şəhər morquna aparılıb.
Sürücü məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***00:26
Sumqayıt. 1 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində yaşlı kişini maşın vuraraq öldürüb.
"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.
Belə ki, naməlum avtomobil yolu keçmək istəyən yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.