Samuxda polis vətəndaşlara tibbi maskalar payladı - FOTO

Samuxda polis vətəndaşlara tibbi maskalar payladı - FOTO Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
8 May , 2020 12:43
Samuxda polis vətəndaşlara tibbi maskalar payladı - FOTO
Report
0 : 00
0 : 00

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

“Report”un xəbərinə görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət edib.

Bununla bağlı polis əməkdaşları poçt məntəqələrinin, bankların, digər idarə və müəssisələrin qarşısında yaranan insan sıxlığında social məsafənin təmin olunmasına nəzarət edərək tibbi maska və əlcəkdən istifadə etməyi tövsiyə ediblər.

Həmçinin polis əməkdaşları vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah ediblər, tibbi maska və əlcəkləri olmayan şəxslərə isə paylayıblar.

Son xəbərlər

Orphus sistemi