Samuxda 46 yaşlı kişi intihar edib - YENİLƏNİB

Samuxda 46 yaşlı kişi intihar edib - YENİLƏNİB Samux. 14 yanvar. REPORT.AZ/ Samux rayonunda özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə kəndirlə asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
14 Yanvar , 2019 19:42
Samuxda 46 yaşlı kişi intihar edib - YENİLƏNİB

Samux. 14 yanvar. REPORT.AZ/ Samux rayonunda özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə kəndirlə asaraq intihar edən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Aşağı Ağasıbəyli kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Həmzə oğlu Hüseynov özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 18:23

Samux. 14 yanvar. REPORT.AZ/ Samux rayonunda orta yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi