Samuxda 26 yaşlı qadın intihara cəhd edib

Samuxda 26 yaşlı qadın intihara cəhd edib Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Dekabr , 2017 19:55
Samuxda 26 yaşlı qadın intihara cəhd edib

Samux. 1 dekabr. REPORT.AZ/ Samux rayonunda 26 yaşlı qadın intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Ağasbəyli kənd sakini, 1991-ci il təvəllüdlü Yazgül Vahid qızı Məşdiyeva yaşadığı evdə kimyəvi maddə içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Ailəli olan qadının hansı səbəbə görə intihara cəhd etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi