Rusiyada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq

Rusiyada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq Bakı. 9 iyul. REPORT.AZ/ Rusiyanın Voloqodski vilayətində cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq.
Hadisə
9 İyul , 2018 11:49
Rusiyada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Rusiyanın Voloqodski vilayətində cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq.

"Report"un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, müvafiq qərar Rusiyanın Baş Prokurorluğu tərəfindən çıxarılıb.

Yerli vilayət prokurorluğunun məlumatına görə, 2005-ci ildə həmin şəxs tapança ilə hədələyərək 2 nəfərin həyatına sui-qəsd edib. O, silahı qanunsuz olaraq əldə edib. Bir il sonra barəsində beynəlxalq axtarış elan olunub.

Onu keçən il tapmaq mümkün olub. Tolyatti məhkəməsi adam oğurluğuna görə onu 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını Voloqodski vilayətində çəkməli idi.

Azərbaycanda başlanmış cinayət işinin müddəti bitmək üzrə olduğuna görə respublikanın Baş Prokurorluğu onun ekstradisiyasını istəyib. Həmin şəxs 3 ay müddətinə Vətənə gətiriləcək, bundan sonra məhkum Rusiya ərazisində törətdiyi cinayətə görə aldığı cəzanı çəkmək üçün həmin ölkəyə geri aparılacaq.

Son xəbərlər

Orphus sistemi