Dələduzluqda təqsirləndirilən Qazaxıstan vətəndaşının məhkəməsində vəkil vəsatət verib

Dələduzluqda təqsirləndirilən Qazaxıstan vətəndaşının məhkəməsində vəkil vəsatət verib Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rinat Qabitov, qaçaqmalçılıqda təqsirləndirilən İlkin Əliyev və Malik Heydərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
12 Sentyabr , 2019 11:54
Dələduzluqda təqsirləndirilən Qazaxıstan vətəndaşının məhkəməsində vəkil vəsatət verib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rinat Qabitov, qaçaqmalçılıqda təqsirləndirilən İlkin ƏliyevMalik Heydərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R.Qabitovun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxs Azərbaycan dilini bilmir və cinayət işi materialları ilə tərcüməçinin iştirak etməsi ilə bağlı sənəd yoxdur. Vəkil bununla bağlı istintaq təcridxanasına sorğu verildiyini deyərək, cavab alınanadək iclasın təxirə salınmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib. İclas sentyabrın 19-dək təxirə salınıb.

Qeyd edək ki, bir neçə il əvvəl Amil Yusifov Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, Qazaxıstan vətəndaşı olan R.Qabitov onu siqaret biznesi qurmaq adı ilə aldadaraq 525 min ABŞ dollarını alıb. Daha sonra R.Qabitov saxlanılıb.

İstintaq dövründə Qazaxıstan vətəndaşı ilə yanaşı İ.Əliyevlə M.Heydərovun da cinayət törətdiyi məlum olub və hər iki şəxs saxlanılıb.

Qeyd edək ki, A.Yusifov daha əvvəl ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi, general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş qismində tanınıb. MTN əməkdaşları onu ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirməkdə şübhəli bilib saxlayıblar. Daha sonra ondan pul alaraq buraxıblar.

Son xəbərlər

Orphus sistemi