Nazir Fikrət Məmmədov Astarada vətəndaşların qəbulunu keçirəcək

Nazir Fikrət Məmmədov Astarada vətəndaşların qəbulunu keçirəcək Qəbulda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşların müraciətlərinə baxılacaq
Hadisə
8 Sentyabr , 2014 17:33
Nazir Fikrət Məmmədov Astarada vətəndaşların qəbulunu keçirəcək

Bakı. 8 sentyabr.REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 12-də Astarada vətəndaşların qəbulunu keçirəcək. Bu barədə Report-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Qəbul saat 11:00-da Astara rayonu Heydər Əliyev Mərkəzində baş tutacaq. Vətəndaşlar Lənkəran regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Astara rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi