"Memar Əcəmi" metrostansiyasının yaxınlığında yaşlı qadını avtomobil vurub

"Memar Əcəmi" metrostansiyasının yaxınlığında yaşlı qadını avtomobil vurub Hadisə yaşlı qadın piyada zolağından keçərkən baş verib
Hadisə
17 Mart , 2018 07:30
Memar Əcəmi metrostansiyasının yaxınlığında yaşlı qadını avtomobil vurub

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda yüksək sürətlə hərəkət edən minik avtomobili piyada keçidindən istifadə edən qadına ağır xəsarət yetirib.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nəsimi rayonunda baş verub.

Cavadxan küçəsində piyada zolağından yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mikayılova Mənzər Həsən qızını sürətlə hərəkət edən minik avtomobili vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi