Paytaxtın Masazır qəsəbəsində “Opel” markalı nəqliyyat vasitəsi anidən alışıb.
“Report”un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Minik avtomobilinin yük yeri və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ərazini mühafizə etdiyi üçün yolda tıxac yaranıb.