Masazırda avtomobil yanıb

Masazırda avtomobil yanıb Paytaxtın Masazır qəsəbəsində “Opel” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində yanğın qeydə alınıb.
Hadisə
26 İyul , 2020 16:05
Masazırda avtomobil yanıb

Paytaxtın Masazır qəsəbəsində “Opel” markalı nəqliyyat vasitəsi anidən alışıb.

“Report”un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Minik avtomobilinin yük yeri və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ərazini mühafizə etdiyi üçün yolda tıxac yaranıb.

Son xəbərlər

Orphus sistemi