Kürdəmirdə avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var

Kürdəmirdə avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
21 Avqust , 2019 18:28
Kürdəmirdə avtomobil beton maneəyə çırpılıb, xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1976-cı il təvəllüdlü Mehdiyev Elxan Nurəddin oğlunun idarə etdiyi 99 DV 239 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə E.Mehdiyev yüngül dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi