İsrail Suriyada aviabazaya raket zərbələri endirib - YENİLƏNİB

İsrail Suriyada aviabazaya raket zərbələri endirib - YENİLƏNİB Bakı. 2 sentyabr. REPORT.AZ/ Suriyanın Dəməşq əyalətindəki hərbi aerodroma raket zərbəsini İsrailin Hərbi Hava Qüvvələri endirib.
Hadisə
2 Sentyabr , 2018 13:56
İsrail Suriyada aviabazaya raket zərbələri endirib - YENİLƏNİB

Bakı. 2 sentyabr. REPORT.AZ/ Suriyanın Dəməşq əyalətindəki hərbi aerodroma raket zərbəsini İsrailin Hərbi Hava Qüvvələri endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al Mayadeen" telekanalı məlumat yayıb.

Telekanal bundan əvvəl Dəməşq ətrafındakı aviabaza yaxınlığında iki partlayışın baş verdiyi barədə xəbər yayıb.

Hücuma Suriya paytaxtından qərbdə yerləşən Məzzə rayonundakı hərbi baza məruz qalıb.

"PressTV" telekanalının məlumatına görə, Suriyanın raket əleyhinə müdafiə sistemləri atılan raketləri dəf edib.


***06:00

Bakı. 2 sentyabr. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında yerləşən aviabaza yaxınlığında bir neçə partlayış baş verib.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, ölkənin raket əleyhinə müdafiə sistemləri Dəməşqə atılan raketləri tutur.

Şahidlərin sözlərinə görə, partlayışlardan sonra yanğın başlayıb.

Son xəbərlər

Orphus sistemi