İsmayıllıda 18 yaşlı gənc itkin düşüb

İsmayıllıda 18 yaşlı gənc itkin düşüb İsmayıllı. 28 mart. REPORT.AZ/ İsmayıllı rayonunda 18 yaşlı gənc itkin düşüb.
Hadisə
28 Mart , 2018 12:12
İsmayıllıda 18 yaşlı gənc itkin düşüb

İsmayıllı. 28 mart. REPORT.AZ/ İsmayıllı rayonunda 18 yaşlı gənc itkin düşüb. 

Bu barədə “Report”un Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-də səhər saatlarında İsmayıllı rayonunda yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşlu, xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsi, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi