İmişlidə iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

İmişlidə iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb Hadisə rayonun “Daş körpüsü” adlanan ərazisində qeydə alınıb
Hadisə
29 Mart , 2018 01:17
İmişlidə iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

İmişli. 29 mart. REPORT.AZ/ İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində “Daş körpüsü” adlanan ərazidə qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “VAZ”ın toqquşması nəticəsində İmişli rayon sakinləri - 1997-ci il təvəllüdlü Məmmədli Azər Mübariz oğlu və 1992-ci il təvəllüdlü Ağalarov Sənan Ağalar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi