Hacıqabulda xəsarət alan şəxs Bakıya gətirildi

Hacıqabulda xəsarət alan şəxs Bakıya gətirildi Haçıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 İyul , 2020 01:18
Hacıqabulda xəsarət alan şəxs Bakıya gətirildi

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisindən keçən magistral yolda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov İsmayıl Qədir oğlu Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ mil sümüyünün və qamış sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi