Hacıqabulda maşın piyadanı vuraraq öldürüb, sürücü qaçıb - YENİLƏNİB

Hacıqabulda maşın piyadanı vuraraq öldürüb, sürücü qaçıb - YENİLƏNİB Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
27 May , 2019 00:56
Hacıqabulda maşın piyadanı vuraraq öldürüb, sürücü qaçıb - YENİLƏNİB

Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyətxan oğlunu Bakı-Qazax yolunda avtomobil vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən yerində keçinib. Naməlum avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.


*** 00:03

Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi