Göygöldə fərdi ev yanıb, tüstüdən zəhərlənənlər var - YENİLƏNİB

Göygöldə fərdi ev yanıb, tüstüdən zəhərlənənlər var - YENİLƏNİB Göygöl rayonunda dördotaqlı fərdi yaşayış evində yanğın olub.
Hadisə
22 Avqust , 2019 18:18
Göygöldə fərdi ev yanıb, tüstüdən zəhərlənənlər var - YENİLƏNİB

Göygöl rayonunda dördotaqlı fərdi yaşayış evində yanğın olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Əzgilli kəndi ərazisində 1965-ci il təvəllüdlü Rəhman Quliyevə məxsus, ümumi sahəsi 104 kvadratmetr olan birmərtəbəli, dördotaqlı evin 1 otağı (24 kvadratmetr) içərisindəki əşyalarla birgə yanıb. Yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib. Onlara ambulator yardım göstərilib. Yanğın söndürülüb.

Yanğına elektrik xətlərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


*** 17:36

Göygöl rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əzgilli kəndində qeydə alınıb. 

Əraziyə Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ancaq ucqarda yerləşdiyindən texnikanın hadisə yerinə çatmasında problem yaranıb. Bununla belə yanğın söndürülüb. 

İlkin məlumata əsasən, yanğın zamanı 3 nəfər tüsütüdən zəhərlənib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi