Goranboyda traktora 5 avtomobil çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda traktora 5 avtomobil çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB Goranboy. 8 mart. REPORT.AZ/ Goranboy rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisə
8 Mart , 2018 18:06
Goranboyda traktora 5 avtomobil çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboy. 8 mart. REPORT.AZ/ Goranboy rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayonunun Xoylu kənd sakinləri, 1961-ci il təvəllüdlü Lətafət Elmir qızı Həsənova və onun 8 aylıq nəvəsi Ayxan Dəmir oğlu Həsənli, avtomobilin sürücüsü Dəmir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir. 

 Faktla bağlı araşdırmalara başlanılıb. 


***17:32

Goranboy rayonunda zəncirvari avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda baş verib.

İlkin məlumatlara görə, 4 avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

Əraziyə DYP-nin əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Son xəbərlər

Orphus sistemi