Gəncə. 17 mart. REPORT.AZ/ Gəncə şəhərində 76 yaşlı kişini avtomobillə vuraraq öldürən sürücü saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.
Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Ruzi Qafar oğlu Bayramov idarə etdiyi " VAZ -2106" markalı avtomobillə Gəncə şəhər sakini Knyaz Bayramovu vurub. Sürücü K.Bayramovu xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.
Hadisəni törədən R.Bayramov saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.