Azərbaycanda 2 şəxsi cərəyan vurub, 1-i ölüb, digəri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Azərbaycanda 2 şəxsi cərəyan vurub, 1-i ölüb, digəri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB Ağstafa rayonunda baş verən bədbəxt hadisə zamanı ölən və yaralanan şəxsin adı məlum olub
Hadisə
14 Sentyabr , 2019 14:11
Azərbaycanda 2 şəxsi cərəyan vurub, 1-i ölüb, digəri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Ağstafa rayonunda baş verən bədbəxt hadisə zamanı ölən və yaralanan şəxsin adı məlum olub

"Report"un məlumatına görə, Tatlı stansiyasının hər iki yolunun kontakt şəbəkəsində əsaslı təmir işlərinin aparılması üçün cəlb olunan "ATEF" Şirkətlər qrupunun işçiləri Daşqın Mustafayev və Zaur Həsənov kontakt şəbəkəsində yüksək gərginliyin açılmasını gözləmədən həmin şəbəkənin dayağına çıxaraq işə başlayıb və nəticədə yüksək gərginlik altına düşüblər. 

Hadisə nəticəsində Daşqın Mustafayev dünyasını dəyişib, Zaur Həsənov isə xəsarət aldığından Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hazırda baş vermiş bədbəxt hadisə ilə əlaqədar araşdırma aparılır.


*** 12:3

Ağstafa rayonunda 2 nəfəri elektrik cərəyanı vurub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadis bu gün səhər saat 10.50 radələrində  rayonun Tatlı kəndi ərazisində baş verib. 

Belə ki, kəndin yaxınlığında yerləşən "ATEF" Şirkətlər Qrupunun 2 işçisini ehtiyatsızlıqdan  elektrik cərəyanı vurub. Hadisə zamanı şirkətin 1 əməkdaşının öldüyü, digərinin isə ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Faktl abğlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi