Biləsuvarda ödəmə terminallarından oğurluq olub

Biləsuvarda ödəmə terminallarından oğurluq olub Biləsuvar rayonunda mağazalardan oğurluq edilib.
Hadisə
5 Sentyabr , 2019 12:39
Biləsuvarda ödəmə terminallarından oğurluq olub

Biləsuvar rayonunda mağazalardan oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 340 manat, orada quraşdırılmış ödəmə terminalından isə 3616 manat pul, digər mağazada quraşdırılan ödəmə terminalından isə 391 manat pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakinləri T.DadaşovS.Azadov tutulub.

Son xəbərlər

Orphus sistemi