Bəşşar Əsədə məxsus hərbi qüvvələr İdlibə zərbə endirib, ölənlər və yaralananlar var

Bəşşar Əsədə məxsus hərbi qüvvələr İdlibə zərbə endirib, ölənlər və yaralananlar var Bakı. 13 mart. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd rejiminə məxsus hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində 5 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.
Hadisə
13 Mart , 2018 21:23
Bəşşar Əsədə məxsus hərbi qüvvələr İdlibə zərbə endirib, ölənlər və yaralananlar var
Foto: "Anadolu"

Bakı. 13 mart. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd rejiminə məxsus hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində 5 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hava hücumu axşam saatlarında, İdlibdə baş verib. Hərbi hava qüvvələri Binniş, Maaret Misrin və Ram Hamdam bölgələrini atəşə tutub.

Hava zərbələrinin davam etdiyi bildirilir. Ölənlərin sayının artacağı qeyd edilir. 

Son xəbərlər

Orphus sistemi