​Bakıda vətəndaşı bıçaqla hədələyib 53 manatını alan şəxslərə hökm oxunub

​Bakıda vətəndaşı bıçaqla hədələyib 53 manatını alan şəxslərə hökm oxunub Ruslan Rzayev 10 il, Nail Mehralıyev və Muğan Teymurlu 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
21 Oktyabr , 2015 15:55
​Bakıda vətəndaşı bıçaqla hədələyib 53 manatını alan şəxslərə hökm oxunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ruslan Rzayev, Nail Mehralıyev və Muğan Teymurlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Rzayev 10 il, N.Mehralıyev və M.Teymurlu isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 28-də saat 04:00 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakinləri Ruslan Rzayev, Muğan Teymurlu və Nail Mehralıyev Siyəzən rayon sakini Ruslan Hüseynovu bıçaqla hədələyib 53 manatını alıblar. Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rzayev, M.Teymurlu və N.Mehralıyev tutulub.

Son xəbərlər

Orphus sistemi