Bakıda ömürlük cəza alan musiqiçinin apellyasiya şikayəti təmin edilməyib

Bakıda ömürlük cəza alan musiqiçinin apellyasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində iki qadını zəhərləyərək öldürməkdə təqsirləndirilən Aydın Qəhrəmanovun barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Aprel , 2019 12:07
Bakıda ömürlük cəza alan musiqiçinin apellyasiya şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində iki qadını zəhərləyərək öldürməkdə təqsirləndirilən Aydın Qəhrəmanovun barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, A.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, A.Qəhrəmanov 2008-ci ildə qeyri-rəsmi nikahda yaşadığı Aidə və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürüb. Buna səbəb onun A.Yəhyayevanın bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Daha sonra A.Qəhrəmanov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə qərarı qismən ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.

Xatırladaq ki, A.Qəhrəmanov əvvəllər musiqi ifaçısı olub.

Son xəbərlər

Orphus sistemi