Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
28 Avqust , 2019 13:42
Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Ələkbərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Xətai rayonunda baş verib. Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı keçmiş həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

V. Ələkbərov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi