Bakıda iki avtobus və bir minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda iki avtobus və bir minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB Bakıda iki sərnişin avtobusunun və bir minik avtomobilinin toqquşması ilə baş verən yol qəzasında 7 sərnişin xəsarət alıb.
Hadisə
10 Sentyabr , 2019 19:27
Bakıda iki avtobus və bir minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda iki sərnişin avtobusunun və bir minik avtomobilinin toqquşması ilə baş verən yol qəzasında 7 sərnişin xəsarət alıb.

"Report"un məlumatına görə, yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Onlardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.


*** 18:59

Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında qeydə alınıb.

Qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub. 

Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi