Bakıda binada baş verən yanğında 3 nəfərə yardım göstərilib

Bakıda binada baş verən yanğında 3 nəfərə yardım göstərilib Səhiyyə Nazirliyi ötən gecə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
Hadisə
4 Sentyabr , 2019 08:43
Bakıda binada baş verən yanğında 3 nəfərə yardım göstərilib

Səhiyyə Nazirliyi ötən gecə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən xəbərə görə, dünən gecə Səbail rayonu Nizami küçəsində baş verən yanğın zamanı hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb.

Qeyd olunub ki, təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə bir kişi və iki qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib. 

Son xəbərlər

Orphus sistemi