Bakıda 17 yaşlı qız özünü binadan yerə atıb - ƏLAVƏ OLUNUB

Bakıda 17 yaşlı qız özünü binadan yerə atıb - ƏLAVƏ OLUNUB Zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb
Hadisə
30 Mart , 2017 23:46
Bakıda 17 yaşlı qız özünü binadan yerə atıb - ƏLAVƏ OLUNUB

Bakı. 30 mart. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Quliyeva Natavan Xankişi qızı özünü Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 a, mənzil 75 ünvanındakı eyvandan özünü aşağı atıb.

Binanın 7-ci mərtəbəsindən yerə düşən qız 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi