Bakıda 16 yaşlı gənc özünü 5-ci mərtəbədən yerə atıb

Bakıda 16 yaşlı gənc özünü 5-ci mərtəbədən yerə atıb Hadisə Binə qəsəbəsində baş verib
Hadisə
22 May , 2017 08:14
Bakıda 16 yaşlı gənc özünü 5-ci mərtəbədən yerə atıb

Bakı. 22 may. REPORT.AZ/ Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, Binə qəsəbəsində yerləşən binalardan birinin 5-ci mərtəbəsində yaşayan 16 yaşlı gənc (hələlik adı açıqlanmır) özünü yuxarıdan yerə atıb.

Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gəncin yaxınları onun intihar etmək istədiyini bildirsələr də, polis əməkdaşları oğlanın yıxıldığını ehtimal edirlər.

Son xəbərlər

Orphus sistemi