Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib Bakı. 25 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
25 İyun , 2018 12:20
Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Panfilova 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş qadın məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, prokuror çıxışında V.Panfilovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, V.Panfilova 4 nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkilinə həmin pulları 3 faizlə sələm şəkilində verib.

İstintaq və məhkəmə dövründə V.Panfilovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

Son xəbərlər

Orphus sistemi